Accessibility links

Beyrutda nümayiş keçirilir - 2005-03-14


Beyrutda Suriya hərbi qüvvələrinin Livandan çıxarılması tələbilə yüz minlərlə adamın iştirakı ilə izdihamlı nümayiş təşkil edilib. Beyrutun mərkəzindəki Şəhidlər Meydanında toplaşan nümayişçilər ölkələrinin müstəqilliyini, sabiq baş nazir Rafiq Həririnin qətli ilə əlaqədar istintaq aparılması və Suriyanın ökələrinin daxili işlərinə qarışmamasını tələb ediblər. Bugünkü nümayiş Həririnin qətlindən bir ay sonraya təsadüf edir. Bir çox livanlı onun qətlində Suriyanı ittiham edir. Suriya isə bu ittihamı rədd edir. Rafiq Həririnin qətlindən sonra Suriya təxminən 10 minə yaxın hərbi qüvvəsini Livanın sahil və mərkəzindən çıxararaq Bəkəa vadisində yerləşib. Nümayişçilər Suriyanın hərbi qüvvələrini Livandan çıxarmayınca, nümayişlərini davam etdirəcəklərini bildirirlər.

XS
SM
MD
LG