Accessibility links

Kosovoya yeni baş nazir təyin edilir - 2005-03-18


Kosovo prezidenti İbrahim Ruqova Bayram Kosumini Serbiya vilayətinin baş naziri vəzifəsinə namizəd göstərib. Bayram Kosumi keçən həftə istefa verən keçmiş baş nazir Ramuş Haradinajı əvəz edəcək. Xatırladaq ki, cənab Haradinaj müharibə cinayətlərində ittiham edildikdən sonra Haaqa tribunalına təslim olub. Kosovo qanunvericiləri bu nominasiyanı gələn həftə nəzərdən keçirəcəklər. Bu təyinat Kosovo vilayətinin müstəqilliyini tələb edən etnik albanlarının başçılıq etdiyi hökumət və vilayətin Seriya tərkibində qalmasını istəyən serb liderlərinin danışqılara başlamağa hazırlaşdıqları bir vaxta təsadüf edir.

XS
SM
MD
LG