Accessibility links

Beyrutda partlayış baş verib - 2005-03-19


Bu gün gecə yarıdan bir az keçmiş Beyrutun yaxınlığında əsasən xaçpərəstlərin çoxluq təşkil etdiyi Jedeyde məhəlləsində maşına qoyulmuş bomba partlayışı nəticəsində 9 adamın yaralandığı bildirilir. Partlayış Jedeyde məhəlləsinin izdihamlı ticarət mərkəzində baş vermişdir. Nəticədə binaların şüşələri sınmış, yaşaiş binasının fasadına ciddi ziyan dəymişdir. Partlayan maşının qalıqları ətrafa səpələnmişdir. Polis bu gün baş verən partlayışın arxasında duranların axtarışındadır. Partlayışın səbəbi hələ aydın olmasa da müxtəlif mülahizələrini irəli sürür. Bu bomba partlayışı ölkədə zorakılıqların yayılması ilə bağlı livanlıların narahatlıqlarının artmasına səbəb oldu. Belə ki, narahatlıqlar keçən ay keçmiş baş nazir Rəfiq Həririnin qətlinə səbəb olan maşına qoyulmuş bomba partlayışından sonra yaranmışdı. Sui-qəsd Livanda siyasi böhran və kütləvi etiraz nümayişlərinə yol açmışdır. Livanın siyasi müxalifət partiyaları və livanlıların əksəriyyəti bu zorakılıqların arxasında Suriyanın və Suriya tərəfdarı Livan hökumətinin durduğunu deyirlər.

XS
SM
MD
LG