Accessibility links

Kondaliza Rays Asiyaya səfərinin sonuncu dayanacağındadır - 2005-03-20


Dövlət katibi Kondoliza Rays Asiyaya bir həftəlik səfərinin sonuncu dayanacağı olan Çində baş nazir Ven Jiabao ilə görüşüb. Çinin rəsmi Sinxua agentliyinin verdiyi məlumata görə, xanım Rays və cənab Jiabao Çin-Amerika münasibətlərinin güclənidirilməsi istiqamətində qarşılıqlı istəyi ifadə etmiş və Tayvan, habelə iqtiasdi məsəlləri müzakirə etmişlər. Kondoliza Raysın səfəri Çinin ayrılma əleyhinə qanunn təsdiq etməsindən bir həfətən az bir vaxta təsadüf edir. Baş nazir Jiabao bildirib ki, bu, müstəqillik əldə etməyən Tayvanda hərbi qüvvələrin qalması mənası deməkdir. Xanım Rays öz növbəsində bildirib ki, Birləşmiş Ştatlar vahid Çin siyasətini yeritməyə davam edir və əlavə edib ki, yeni qanun Çin və Tayvan arasında münasibətlərdə gərginliyin azaldılmasına yardım etmir.

XS
SM
MD
LG