Accessibility links

Avropa Birliyi Çinə silah embarqosunu nəzərdən keçirir - 2005-03-22


Avropa Birliyinin liderləri bu gün Brüsseldə iqtisadi islahatlar mövzusunda iki günlük danışıqlara başlayırlar. Amma diplomatların dediyinə görə güman ki, birliyin Çinə silah satışına qoyulmuş embarqonu qaldırması müzakirələrin əsas mövzusu olacaq. İqtisadi islahatlar paketi sırasında Sabitlik və Artım Paktına büdcə kəsirinə limit haqda müəyyən düzəlişlər nəzrədə tutulub. Təklifə əsasən iqtisadi çətinliklərlə qarşılaşan üzv dövlətlər bu limiti müvəqqəti təxirə sala bilərlər. Xəbərlərə görə birliyin liderləri həmçinin Çinə silah embarqosu məsələsini nəzərdən keçirəcəklər. Çinin Tayvana hərbi müdaxiləsinə icazə verən qanun qəbul etməsi ilə bağlı Avropa rəhbərləri Birləşmiş Ştatların əleyhinə çıxdığı bu embarqo ləğvini yenidən nəzərdən keçirəcəklər.

XS
SM
MD
LG