Accessibility links

Bakının  beynəlxalq hava limanında yeni yük terminalı açılıb - 2005-03-23


Bakının beynəlxalq hava limanıda yeni yük terminalının təntənəli açılışı olub. Açılış mərasimində ölkə prezidenti İlham Əliyev və Lüksemburqun mülki aviasiyasının direktoru Henri Klyayna iştriak edib. “Azərbaycan Hava Yolları” Dövlət Konserninin baş direktoru Cahangir Əsgərov bildirib ki, 12 min kvadratmetr qapalı sahəsi olan yük terminalı Avropa, Amerika, Müstəqil Dövlətlər Birliyi və Şərq ölkələri regionuna yüklərin daşınmasında aralıq məntəqə rolu oynayacaq. Onun sözlərinə görə, bölgədə ən böyük və MDB məkanında ən iri terminal olan Bakı yük terminalı Avropanın yüksək beynəlxalq standartlarlarına tam gavab verir. Cənab Əsgərov bildirib ki, ümumi sahəsi 163 min kvadratmetr olan yeni perronda “Boinq-747” və “AN-124-Ruslan” tipli 9 təyyarə və ya “İL-76” tipli 15 təyyarə dayana biləcək. Lüksemburqun Mülki Avisasiyasının direktoru Henri Klyayna Bakıda yük terminalının açılışını əlamətdar hadisə kimi dəyərləndirib. Onun sözlərinə görə, Lüksemburqun “Karqolyuks” şirkəti Azərbaycanda cəmi üç il fəaliyyət göstərməsinə baxmayaraq, hazırda Bakı hava limanına həftədə 30 reys yerinə yetirir. «Cələcəkdə Bakıda azad ticarət zonasının yaradılması nəticəsində bu şəhər Orta Asiyanın yükpaylayıcı məntəqəsinə çevriləcək. Bu isə Avropa, Amerika və Uzaq Şərq arasında ticarət əlaqəsinin genişlənməsinə səbəb olacaq. Beləliklə Azərbacanın İpək yolunun tam bərpasında tutduğu mühüm rol daha da möhkəmlənəcək». Azərbaycan prezident İlham Əliyev ölkədə nəqliyyat sektorunun sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Onun fikrincə, nəqliyyat sektorunun inkişafı neft sahəsindən sonra ən önəmli yer tutur. Dövlət başçısı hava nəqliyyatı sahəsində, o cümlədən aviasiya parkının yeniləşdirilməsi istiqamətində mühüm addımlar atıldığını bildirib. Cənab Əliyevin qənaətincə Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin həyata keçirilməsində fəal rol oynayır.

XS
SM
MD
LG