Accessibility links

Bəzi almanlar Berlin Divarının qayıtmasını arzu edirlər - 2005-03-26


Son rəy sorğularına görə qərbi almanların az qala dörddə biri 15 il bundan öncə sökülmüş Berlin Divarının yenidən qurulmasını arzulayır. Bu gün Berliner Morqenpost qəzetində çap edilmiş sorğuda isə şərqi almanların 12 faizi divarın qaytarılmasını istəyir. Xatırladaq ki, şərqdə kommunist rejimi devrildikdən və iki Almaniya birləşdikdən sonra, Qərbi Almaniya şərqin iqtisadiyyatını dirçəltmək üçün milyardlarla dollar pul xərcləmişdir. Lakin region hələ də Qərb standardlarına yetişə bilməyib. Şəqrlilərin 50 faizi hesab edir ki, Qərbi Almaniya onlarla koloniya kimi rəftar edir. Qərblilərin yarıdan çoxu isə deyir ki, kommunist rejiminin yetirməsi olan şərqi almanların daim özlərinə yazıqları gəlir.

XS
SM
MD
LG