Accessibility links

Əl-Cəzirə telekanalını Beyrutda bombalama ilə hədələyiblər - 2005-03-27


Ərəb dilli televiziya şəbəkəsi olan Əl Cəzirənin verdiyi xəbərə əsasən bir naməlum şəxs şirkətə telefon zəngi edərək Əl Cəzirənin Beyrut burosunu partlatmaqla hədələmişdir. Zəng edən adam bunu telekanalın dünən Beyrutda baş verən bomba partlayışı haqda verdiyi reportajla əlaqələndirmişdir. Əl Cəzirənin Beyrut bürosunun yerləşdiyi binada başqa xəbərlər agentliyi də fəaliyyət göstərir. Onlar hədəyə baxmayaraq öz işlərini normal şəkildə davam etdirmişlər. Xatırladaq ki, Əl Cəzirənin dünənki terror aktı barədə efirə verdiyi reportajda Livan müxalifət lideri Valid Cumblattla müsahibə yer almışdı. Cənab Cumblatt həmin müsahibədə baş vermiş terror aksiyalarının Suriyapərəst Livan təhlükəsizlik agentlərinin işi olduğunu bildirmişdi. Cənab Cumblat söyləyib ki, həmin agentlər Livanın Suriyapərəst hökumətini qoruyub saxlamağa çalışırlar.

XS
SM
MD
LG