Accessibility links

Çeçenistanda hər iki tərəf insan hüquqlarını pozmaqda məsuliyət daşıyır - 2005-03-31


Rusiyanın aparıcı insan hüquqları müdafiəçisi deyir ki, Çeçenistanda müharibə aparan hər iki tərəf insan hüquqlarını pozmaqda məsuliyət daşıyır. Vladimir Lukin bu gün illik hesabatında bildirib ki, vuruşan tərəflər insan hüquqlarını geniş şəkildə pozmaqdan çəkinmirlər. O, əlavə edib ki, gərək Rus cəmiyyəti və hökuməti Çeçenistandakı münaqişəyə ənənəvi baxışlarını dəyişsinlər. Bu, baş vermədən Çeçenistan probleminin həlli çox çətin olacaq. Qeyd edək ki, dünən Beynəlxalq Helsinki Federasiyasının başçılığı altında bir neçə insan hüquqları təşkilatları Çeçenistandakı vəziyyəti Avropanın ən pis humanitar böhranı adlandırmışlar.

XS
SM
MD
LG