Accessibility links

Quantanamo məhbusları köçürülmələrinə etiraz edə bilər - 2005-03-31


Birləşmiş Ştatların Federal Məhkəməsi hökumətin 13 Quantanamo məhbuslarının köçürülmələrinə münasibət bildirmədən başqa yerə aparılmalarını qadağan edən hökm çıxarıb. Hakim Henri Kennedinin bu hökmü köçürülmələrinə etiraz edən digər məhbuslara da şamil edilə bilər. Vəkillər 13 yəmənlinin Buş administrasiyası tərəfindən başqa ölkələrə aparılması ilə onların işgəncələrə məruz qala və həbsdə qeyri-müəyyən vaxta qədər saxlana biləcəklərindən ehtiyat edirlər. ABŞ-ın Ali Məhkəməsinin məhbusların Amerika məhkəmələrinə müraciət etməklə azadlığa buraxılma tələblərini irəli sürə bilmələri haqda hökmündən sonra Amerika hərbiçilərinin Quantanamo həbsxanasında apardıqları yoxlamar nəticəsində 38 xarici vətəndaş düşmən döyüşçü olmadıqlarına görə vətənlərinə qaytarılır.

XS
SM
MD
LG