Accessibility links

Pakistanda qaçış yarışları baş tutmadı - 2005-04-03


Pakistanın səlahiyyətli nüamyəndələrinin bildirdiyinə görə, bu gün polis və nümayişçilər arasında baş verən qarşıdurma nəticəsində 9 adam yaralanıb. Qadınların qaçış yarışlarında iştirakına etiraz edən nümayişçilərin Mütahida Məslise-Amalın fəalları olduqları bidlirilir. Polisin bildirdiyinə görə, onlar Gucranvala stadionununa girişi bağlayaraq, uşaq və qadınlar daxil edilməklə minlərlə azarkeşə stadiona daxil olmağa imkan verməmişlər. Nəticədə yarışlar təxirə salınmışdır. Qeyd edək ki, Pakistan ictimaiyyəti qadınların idmanla məşğul olmasına etiraz edərək, onların qısaqollu köynəklər və şortlar geyməsinin əleyhinədir.

XS
SM
MD
LG