Accessibility links

Kürd lideri İraqa prezident seçildi - 2005-04-06


İraq parlamenti kürd lideri Calal Talabanini ölkənin yeni prezidenti seçib. Milli Məclis iki vitse-prezident vəzifəsinə müvəqqəti prezident, sünnü Qazi Əl-Yavəri və maliyyə naziri, siə Adil Əbdül Mahdini təyin edib. Uzun müddət İraqda kürdlərin azadlığı uğrunda mübarizə aparan Calal Talabani prezident vəzifəsinə yekdilliklə seçilib. Müxbirlərlə söhbəti zamanı o, deyib ki, İraq yeni eraya qədəm qoyur. O deyib: “Bu, qanuna əsasən bütün iraqlıların bərabər hüquqlu olması deməkdir. Bu, diskriminasiyanın olmaması deməkdir”. Cənab Talabaninin səsverməsi çox tez və nizamlı keçdi. Bu da onu göstərir ki, yeni hökumətin təşkili ilə bağlı butun mübahisələr başa çatdı. Cənab Talabaninin və onun iki vitse-prezidentinin inaqurasiyası cümə axşamı keçiriləcək. Yeni hökuməti təşkil edəcək şiə lideri İbrahim Cəfərinin də baş nazir vəzifəsinə namizəd göstəriləcəyi gözlənilir. İraq rəsmilərinin bildirdiyinə görə, İraqın keçmiş lideri Səddam Hüseynə həbsxanadakı kamerasında televiziya ilə seçkiləri izləməsinə imkan verilmişdi.

XS
SM
MD
LG