Accessibility links

Bu gün Bağdadın mərkəzində nümayişlər keçirilib - 2005-04-09


İraqda minlərlə nümayişçi bu gün Bağdadın mərkəzində yürüş keçirərək Amerika qüvvələrinin İraqdakı mövcudluğuna qarşı etiraz etmişlər. Bu nümayiş Səddam Hüseyn rejiminin devrilməsinin ikinci ildönümünə təsadüf edir. Amerikanın Səsinin müxbiri Skott Bobun verdiyi xəbərə görə nümayişçilər həmçinin Səddam Hüseyn üzərində aparılan məhkəmənin sürətləndirilməsini tələb edirlər. Əllərində anti-Amerika şüarları tutmuş nümayiş iştirakçıları Firdovsi meydanına yığışdılar. Bu həmin meydandır ki, iki il bundan öncə burada Amerika hərbi qüvvələri Səddam Hüseynin nəhəng abidəsini uçurmuşdular. Nümayişçilər İslama hə, Amerikaya və Səddama yox deyə bağırmışdılar. İştirakçıların çoxu meydana çıxmalarını radikal Şiə ruhanisi Moqtada Əl-Sədrin çağırışı ilə izah edirlər. Cənab Əl-Sədrin rəhbərlik etdiyi Mehdi Ordusu iki il bundan öncə Amerika öüvvələrinə qarşı qanlı döyüşlər apardıqdan sonra atəşkəs bağlayıb. Yürüşün təşkilatçılarından biri Rəhim Şeyx Əl İdrisinin dediyinə görə, nümayişçilərin iki əsas məqsədi var. Biri, varici qüvvələrin İraqı tərk etməsi, o biri isə, Səddam Hüseynin məhkəməsinin ədalətlə keçirilməsidir. Onun dediyinə görə yeni seçilmiş İraq Milli Məclisi Birləşmiş Ştatların rəhbərlik etdiyi koalisiynın ölkəni tərk etməsi üçün konkret vaxt cədvəli müəyyən etməlidir. Qiyama dəstək verən Sünni ruhaniləri də öz tərəfdarlarını bu yürüşə qoşulmağa çağırmışlar.

XS
SM
MD
LG