Accessibility links

Kardinallar hələlik xəbər agentliklərinə məlumat verməyəcəklər - 2005-04-09


Vatikanda görüşən Katolik kardinallar razılığa gəliblər ki, onlar bağlı qapı arxasında keçirilən və yeni papa seçmək üçün toplanılan konklava getməzdən qabaq xəbər agentliklərinə müsahibə verməyəcəklər. Vatikan sözçüsünün bildirdiyinə görə kardinallar tam sükut və dua perioduna qədəm qoymuşlar. Bu haqda qərar Cümə günü papa II Yohan Paulun dəfnindən sonra verilib. Konklav öz işinə aprelin 18-də başlayacaq. Roma Katolik Kilsəsi papanın xatirəsinə ehtiram əlaməti olaraq doqquz günlük matəm elan edib.

XS
SM
MD
LG