Accessibility links

AB ABŞ-la mübahisəni həll edə bilər - 2005-04-10


Avropa Birliyinin bildirdiyinə görə, Birləşmiş Ştatlarla təyyarə istehsal edən şirkətlərin subsidiyaları ilə bağlı mübahisələrin aradan qaldırılmasına hələ vaxt var. Avropa Birliyinin ticarət komissionerinin müavini Simon Fraser bu gün müxbirlərə bildirib ki, Dünya Ticarət Təşkilatına təzyiq göstərməyə tələsməyəcək və sabah möhlətin başa çatmasına baxmayaraq müzakirələri davam etdirmək niyyətindədir. Qeyd edək ki, Birləşmiş Ştatlar Avropa hökumətlərinin AEROBUS A-350 növlü təyyarələrin inkişafına qoyduqları subsidiyaların ədalətsiz olduğunu bildirir. Avropa Birliyi isə Boing şirkətinin istehsal etdiyi yeni 787 Dreamlinerin subsidyalarını ədalətsiz hesab edir. Tərəflər bununla bağlı 3 ay müzakirə aparacaqlarını bildirsələr də, danışıqlar hələ ki, baş tutmayıb.

XS
SM
MD
LG