Accessibility links

Maoçular həbsxanaya hücum ediblər - 2005-04-10


Mərkəzi Nepalda maoçu üsyançılar həbsxanaya hücum edərək, iki polis zabitini qətlə yetirmiş, onlarla məsləkdaşları daxil edilməklə, 28 məhbusu azad etmişlər. Yaraqlılar Katmandunun şərqi Şarikot bölgəsində hökumət binalarına bomba hücumları edilib. Hadisələr zamanı xəsarət alan olmayıb. Qeyd edək ki, bu insidentlər maoçuların hücumlarının Nepal ordusu tərəfindən dəf edildikdən iki gün sonraya təsadüf edir. Ordunun müqaviməti ilə üzləşən üsyançılar 110 nəfərlik itki vermişdi. 12 saat sürən atışma zamanı 3 hökumət əsgərinin öldürüldüyü xəbər verilir.

XS
SM
MD
LG