Accessibility links

ABŞ-ın müdafiə naziri İraqdadır - 2005-04-12


ABŞ-ın müdafiə naziri Donald Ramsfeld İraqın yeni rəhbərlərini demokratiyaya keçidi lənqitməməyə çağırmışdır. Çağırışı cənab Ramsfeld bu qün Bağdada səfəri çərçivəsində İraq prezidenti və baş naziri ilə keçirdiyi qörüşlərdən sonra etmişdir. Müdafiə naziri Donald Ramsfeld prezident Calal Talabani və baş nazir İbrəhim əl-Cəfəri ilə ayrı-ayrı keçirtdiyi qörüşlərdən razı qaldığını bildirib. Bundan əlavə, o, son 50 il ərzində ilk dəfə keçirilən demokratik seçkilərindən 10 həftə sonra İraqın yeni hökümətinin formalaşma prosessindən də məmnun qaldığını bildirmişdir. Cənab Ramsfeld İraq rəhbərliyini yenidənqurma işini lənqidən rüşvətxorluğa qarşı mübarizəni qücləndirməyə çağırmışdır. O, təhlükəsizlik qüvvələrinin rəhbər strukturlarında radikal dəyişiklərdən çəkinməyə çağırmışdır. Görüşlərdən sonra İraq rəhbərləri bildirmişlər ki, onlar cənab Ramsfeldi demokratiyaya keçid və rüşvətxorluğa qarşı mübarizə üçün əllərindən qələni edəcəklərində əmin etmişlər. Cənab Ramsfeld İraqdakı ABŞ əsqərləri ilə də qörüşmüşdür. Qörüş zamanı onun əsqərlərə Amerika qüvvələrinin İraqdan çıxarılmalarının İraq qüvvələrinin ölkənin təhlükəszliyinin məsuliyyətini üzərlərinə ala bilmələrindən asılı olacağını deməsi birmənalı qarşılanmamışdı.

XS
SM
MD
LG