Accessibility links

Türkiyə prezidentinin Suriyaya rəsmi səfəri başlayıb - 2005-04-13


Türkiyə prezidenti Əhəməd Necdet Sezər ikitərəfli ələqalərin gücləndirilməsi məqsədi ilə Suriyaya ikigünlük rəsmi səfərinə başlayıb. Səfər Birləşmiş Ştatların Suriyanın Livandan hərbi qüvvələrini çıxarmasına təzyiq göstərmək üçün Türkiyədən kömək haqda müraciətindən sonraya təsadüf edir. Keçən ay Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfiri Erik Edelman bildirmişdi ki, o, Türkiyənin BMT-nin Təhlükəsizlik Şurasının Suriya hərbi qüvvələrinin Livandan tamamilə çıxarılmasına çağıran qətnaməsinə dəstək verəcəyinə ümid bəsləyir. Türkiyə mətbuatının verdiyi məlumata görə, prezident Sezər Suriya prezidenti Bəşar əl-Əssədlə görüşündən Suriyanın aprelin 30-a qədər hərbi qüvvələrin tamamilə çıxarılması vədinə dəstəyini nümayiş etdirmək üçün isitifadə edəcək. Suriya rəsmiləri ABŞ-ın Ankaraya bu ölkədən uzaq dayanmaq adlandırdıqları təzyiqlərindən sonra Türkiyə dövlət başçısının səfərini alqışlayıblar.

XS
SM
MD
LG