İsarilin baş naziri Ariyel Şaron prezident Buşu İranın nüvə silahı proqramından əl çəkməsi üçün səyləri gücləndirməyə çağırıb. Birləşmiş Ştatlar və İsrail rəsmilərinin bildridyinə görə, liderlər bu məsələni bazar ertəsi günü prezident Buşun Texasdakı rançosunda müzakirə ediblər. Rəsmi nümayəndələrin bildirdiyinə əsasən, cənab Şaron prezident Buşa deyib ki, Tehran texniki problemləri həll etdikdən sonra İranın nüvə silahı istehsal etməsinin qarşısnı heç bir yolla almaq mümkün olmayacaq. Öz növbəsində İran nüvə proqramının dinc məqsəd daşıdığını bildirir. Bu arada, Tehran çox mühüm nüvə materialının beynəlxalq spektorların müşahidə etdiyi obyektdən çıxarıldığına dair iddiaları rədd edir.