Accessibility links

Girov götürülən şiə ailələri azad edilib - 2005-04-17


İraq rəsmilərinin bildirdiyinə görə dövlət təhlükəsizlik qüvvələri tərəfindən sünnü militantlarının girov götürdüyü 15 nəfər şiə ailəsi xilas edilib. Səlahiyyətli nümayəndələr bildirirlər ki, bü gün axşam İraq qüvvələri Birləşmiş Ştatlar hərbiçilərinin köməyi ilə Mədain şəhərini mühasirəyə almışlar. Bu, militantların şiələri ələ keçirdiyi və şiələrin ərazini tərk etmədiyi təqdirdə girovları öldürəcəkləri ilə hədələrindən bir gün sonra edilib. İraqın baş naziri İyad Ələvi girovların götürülməsində ƏL Qaida ilə əlaqəsi olan qrupu günahlandırıb. Lakin İslamçı veb səhifəsində bildirilib ki, bu, şəhərdə reyd aparmaq bəhanəsi ilə dövlət tərəfindən şişirdilib. Birləşmiş Ştatlar rəsmiləri isə Ramadi yaxınlığında üç Amerika əsgərinin öldürüldüyünü, yeddisinin isə yaralandığını xəbər verirlər.

XS
SM
MD
LG