Accessibility links

Kondoliza Rays Rusiyaya yola düşüb - 2005-04-18


ABŞ-ın dövlət katibi Kondoliza Rays Rusiya prezidenti Vladimir Putindən ölkəsini demokratiya yolunda saxlamasını istəyəcəyini deyib. Bu gün başlayan iki günlük Rusiya səfəri zamanı xanım Rays İkinci Dünya Müharibəsinin başa çatdığı 9 may qələbə bayramı günü prezident Buşun Rusiyaya səfərinə hazırlıq məqsədi ilə gedir. Keçən ay Rusiya-Amerika münasibətlərindən danışan Kondoliza Rays əlaqələrin misilsiz potensialını xüsusi qeyd etmişdi. O demişdi ki, demokartik və firavan Rusiya dünyanın birincilik verdiyi maraqlarındadır. ABŞ dövlət katibi Moskvadan Vilnyusa, NATO-nun xarici işlər nazirlərinin yığıncağına yola düşəcək.

XS
SM
MD
LG