Accessibility links

Roma papasının təyinatı ilə bağlı danışıqlar keçirilir - 2005-04-18


Roma Katolik kilsəsinin 52 ölkədən 115 kardinalı bu qün Vatikanın Sistin kilsəsində dünyasını dəyişmiş Roma papası İkinci İohann Pavelin varisinin seçkisinə başlayıb. Yeni baş keşiş seçilməyənədək kardinallar bağlı qapılar arxasında yığıncaqlarını davam etdirəcəklər. İkinci İohan Paveli əvəz edəcək namizədin təyinatı orta əsirlərdə qoyulmuş qaydaya uyğun olaraq həyata keçiriləcək. Bir çoxları cavan nəsli kilsəyə cəlb edən və Vatikanın səlahiyyətlərinin dünya yepiskopları ilə paylaşan bir papanın seçilməsini istəyir. Papalığa namizəd tələb olunan səslərin üçdə ikisini toplamadığı təqdirdə səsvermə ən azı dörd dəfə keçiriləcək. Bir qünlük fasilədən sonra seçkilər davam etdiriləcək. Roma Papasını seçən kardinallar şurası-konklavın indiyədək keçirilən bütün yığıncaqları 3 gündən artıq davam etməmişdi.

XS
SM
MD
LG