Accessibility links

Quantanamodan 17 əfqan məhbusu azad edilib - 2005-04-19


Birləşmiş Ştatların Quantanamo hərbi həbsxanasından azad edilən 17 əfqan Kabilin səlahiyyətli nümayəndələrinə təhvil veriliblər. Baş hakim Fazel Hadi Şinvari onlara Amerikada göstərilən münasibət barədə danışmamağa göstəriş vermişdir. O, müxbirlərlə söhbətində demişdir ki, bu insanları Əfqanıstanda həbs cəzası gözləmir. Onlar Əfqanıstan və Amerikanın hökumət nümayəndələrinin müzakirəsi nəticəsində azad ediliblər. Birləşmiş Ştatların Müdafiə Nazirliyinin bəyanatında deyilmişdir ki, məhbuslar trubunalın onların düşmən döyüşçü olmadıqlarını elan etməsindən sonra azda edilmişlər. İndiyədək Quantanamo həbsxanasından 200-dən artıq məhbus azad edilib.

XS
SM
MD
LG