Accessibility links

İtaliyanın yeni hökuməti etimad rəyi qazandı - 2005-04-27


İtaliyanın baş naziri Silvio Berluskoni özünün və onun kabinetinin bu gün parlamentdə keçiriləcək etimad səsverməsindən heç bir təəccübləndirici nəticə gözləmədiyini bildirmişdi. Baş nazir yeni mərkəzçi sağ hökumətinin parlamentdə qələbə əldə edəcəyindən əminliyini dilə gətirmişdi. Parlamentin Aşağı palatasında yeni hökumət 334 səsdən 240-nı əldə edib. Dünən Silvio Berluskoni qanunvericilər qarşısında siyasi prioritetlərini açılayaraq, biznes vergiləriin ixtisar ediləcəyinə və İtaliyanın cənub bölgələrinə yardım göstəriləcəyinə vəd vermişdi. Cənab Berluskoni koalisyanın keçən ay keçirilən regional seçkilərdə məğlubiyyətə uğramasından sonra keçən həftə istefa vermişdi. Lakin o, İtaliya prezidenti tərəfindən yenidən vəzifəsinə təyin edilmişdi.

XS
SM
MD
LG