Accessibility links

ABŞ prezidenti enerji məsələsi ilə bağlı çıxış edəcək - 2005-04-27


Prezident Buş bu gün Vaşinqtonda enerji qiymətlərinin artmasının qarşısının alınması məqsədilə yeni təklifini açıqlacayaq. Ağ Evin mətbuat katibi Skot Makkellanın bildirdiyinə görə, prezident çıxışı zamanı yeni nüvə elektrik stansiyalarının inşasına dəstəyini nümayiş etdirəcək və yeni neft emalı zavodlarının hərbi bazaların yaxınlığında tikilməsini tövsiyə edəcək. Onun bildirdiyinə görə, ABŞ-ın neft emalı zavodları ölkənin yanacağa olan tələbatını təmin edə bilmir. Bu, təhlilçilər tərəfindən yanacaq qiymətlərinin qalxmasında əsas faktor kimi qiymətləndirilir. Ağ Evin nümayəndəsi bununla yanaşı deyib ki, cənab Buş təmiz dizel yanacaq və qarışıq elektrik mühərrikinə malik avtomobil sahiblərinə vergi güzəştlərini artırmağı planlaşdırır. Bu, prezident Buşun həftə ərzində enerji məsələlərilə bağlı ikinci çıxışı olacaq.

XS
SM
MD
LG