Accessibility links

İraqda yeni hökumət təşkil edildi - 2005-04-28


Son üç ay zorakıqlara son qoyulması səylərinə mane törədən siyasi mübahisələrdən sonra İraqda müharibədən sonra ilk demokratik hökumət təşkil edilib. Milli Assambleyanın 275 üzvü yekdilliklə baş nazir təyin edilmiş İbrahim əl-Cəfərinin 31 üzvlük kabinetini təsdiq edib. Danışıqlar zamanı namizədlərin müəyyənləşdirilməsində konsensus əldə edilmədiyinə görə, müdafiə nazirliyi və neft nazirlikləri daxil olmaqla, beş mühüm vəzifəyə rəhbərlər hələlik müvəqqəti olaraq təyin ediliblər. Baş nazir əl-Cəfəri müdafiə naziri vəzifəsini və bir zamanlar Pentaqonun favoriti olan Əhməd Çələbi baş nazirin müavini və neft naziri funksiyalarını icra edəcəklər. Bu arada, daxili işlər nazirinin müavini Bağdadda evinin qarşısında güllə ilə vurulub qətlə yetirilib. Bu, paytaxtda işdən qayıdarkən evinin qarşısında öldürülən ikinci rəsmi şəxsdir.

XS
SM
MD
LG