Accessibility links

İraqla qonşu ölkələr yeni hökumətə dəstək nümayiş etdiriblər - 2005-04-29


Iraqla qonşu ölkələrin diplomatları İstambulda keçirdikləri görüşdə Bağdadda yeni hökumətin təşkili məsələsini müzakirə etmiş və bu hadisəni məmnunluq hissi ilə qarşıladıqlarını bildirmişlər. Türkiyə, İran, İordaniya, Suriya, Səudiyyə Ərəbistanı və Küveytin diplomatları bu ölkələrin xarici işlər nazirlərinin sabah keçirəcəkləri görüşün gündəliyi hazırlamışlar. Görüşdə regionun nüfuzlu olan Misrin nümayəndəsi də iştirak edib.

XS
SM
MD
LG