Accessibility links

Misirdə 200 adam sorğu-suala çəkilir - 2005-05-01


Misir polisi tərəfindən dünən paytaxtda xaricilərə qarşı hücumlara görə qorğu-suala çəkilmələri məqsədi ilə 200 adam saxlanıb. Polisin bildirdiyinə görə, aprel ayının 7-si həyata keçirilən bomba hücumunun məsuliyyətini daşıyan şəxsin axtarışını aparır. Həmin şəxs hücumu həyata keçirdikdən sonra körpüdən tullanıb qaçmağa nail olmuşdu. Hücum zamanı 4 xarici turist və 3 misirli yaralanmışdı. Bu hadisədən sonra hücumçu ilə əlaqəsi olan iki qadın turist avtobusunu atəşə tutumuşdu. Onlar polis tərəfindən güllələnmişdilər. Sərnişinlərdən xəsarət alan olmamışdı.

XS
SM
MD
LG