Accessibility links

Xərçənglə mübarizədə nailiyyət əldə edilib - 2005-05-02


Bu yaxınlarda döş xərçəngi ilə mübarizədə böyük inkişaf əldə edilib. Belə ki, olduqca effeltiv təsirə malik olan Herseptin adlı preparat xərçəngin ilkin mərhələsində onun prosesini dayandıra bilib. Bu dərmandan adətən xərçəng qayıtdıqda istifadə edilirdi. Kliniki müalicədən sonra qadınların 33 faizində xərçəngin çox vaxt 4 ildən sonra qayırdığı müşahidə edilib. Lakin kimya terapiyası və Herseptin qəbul edən xəstələrdə xərçəngin qayıtması yalnız 15 faiz təşkil edib. Herseptinin yan təsiri qadınların ürəklərinin zəifləməsidir. Lakin buna baxmayaraq, həkimlər bu qədər güclü sağaldıcı təsirə malik olan bu preparatı xəstələrə məsləhər görürlər.

XS
SM
MD
LG