Accessibility links

Azərbaycanda beynəlxalq mətbuat azadlığı günü qeyd olunur - 2005-05-03


Azərbaycanda beynəlxalq mətbuat azadlığı günü münasibətilə rəsmi səviyyədə tədbir keçirilməsə də jurnalist təşkilatları və ictimsaiyyətin nümayəndələri bir araya toplaşıb. Müzakirələrdə ölkədə mətbuat azadlığının aşağı səviyyəsi, KİV-in iqtidsai durumunun zəifliyi, reklam bazarının hakimiyyətin nəzarətində olması, jurnalistlərin fiziki və mənəvi təzyiqlərə məruz qalması, ədalətsiz məhkəmə qərarları və mətbuatın digər saysız problemlərinə toxunulub. 3 may - Beynəlxalq Mətbuat Azadlığı Günündə "Sərhədsiz reportyorlar" beynəlxalq mətbuat azadlığını müdafiə təşkilatı 2004-cü ildə dünyada mətbuatın vəziyyətinə dair yaydığı hesabatda deyilir ki, 2003-cü il prezident seçkilərindən sonra Azərbaycanda KİV-nin vəziyyəti pisləşib. «Belə ki, həmin müddətdə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu beş il azadlıqdan məhrum edilib, ayrı-ayrı jurnalistlərə hücumlar artıb, bir sıra KİV böyük məbləğdə məhkəmə cərimələrinə məruz qalıb. 2003-cü il 15-16 oktyabrda polislə nümayişçilər arasında toqquşmalar zamanı 50-dən çox jurnalistin döyülməsinə, təhqir olunmasına, həbs edilməsinə baxmayaraq jurnalistlərin hüquqlarının kütləvi şəkildə pozulmasına görə heç kim cəzalandırılmayıb. 2004-cü ildə jurnalistlərə qarşı cinayətlər törədənlər də cəzasız qalıb. "Bakı xəbər" qəzetinin redaktoru Aydın Quliyevi oğurlayanlar, "Monitor" jurnalının şərhçisi Eynulla Fətullayevə hücum edənlər, "Azadlıq" qəzetinin Naxçıvan müxbiri Məhəmməd Rzayevi döyənlər tapılıb cəzalandırılmayıb»-deyə sənəddə qeyd olunur . Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev isə ölkədə mətbuat azadlığının tam təmin olunduğunu bəyan edib. Onun fikrincə, mətbuat azadlığının məhdudlaşdırılması ilə bağlı deyilənlərin əsası yoxdur. Yeni Nəsil jurnalistlər birliyinin sədri Arfi Əliyev hesab edir ki, Azərbayücanda mətbuat azadlığının komponentləri mövcuddur. Cənab Əliyevin dediyinə görə, ölkədə informasiya azadlığ sahəsində ciddi problemlər var, ölkə əhalisinin yalnız 5-6 faizi çap mətbuatını oxumaq imkanına malikdir. Ən ciddi problem isə jurnalistlərə qarşı təzyiqlərlə bağlı cəzapsızlıq prinsipiinin hökm sürməsidir. Arif Əliyevin qənaətincə, bütün bunlar jurnalistlərə təzyiq üçün şirnikləndirici rol oynayır. Azərbaycan Jurnalistləri Konfederasiyasının sədri Azər Həsrət ölkədə mətbuat azadlığı sahəsində daha cidi problem kimi özünüsenzuranı və iqtisadi təziyqlərin davam etdiyini önə çəkir. Mətbuat azadlığı gününün əsas mövzusu isə ölkənin Milli Məclisində baş verib. Parlamentdə heç də mətbuat azadlığının genişləndirilməsi ilə bağlı öhdəliklərdən danışmayıb. Əksinə ölkə preziden6tinin əmisi, deputat Cəlal Əliyev mətbuatın ünvanına təhqirlər və söyüşlər yağdırıb. Akademikin bu qədər təhqiramiz sözlərə necə yiyələndiyi həqiqətən insanda həqarət doğurur. Onun ANS teleşirkətinin və baş redaktor Mirşahin Ağayevin ünvanına söylədiyi təhqirləri mətbuat münasibətin bariz nümunəsi də saymaq olar.

XS
SM
MD
LG