Accessibility links

Livanın mühacirətdəki müxalifət lideri qayıtdı  - 2005-05-07


15 il Fransada mühacirətdə yaşayan Livanın tanınmış müxalifət lideri bu gün vətənə qayıtmışdır. Beyrutun Şəhidlər meydanında minlərlə bayraq yelləyən tərəfdarları qarşısında çıxış edən General Mişel Aun bütün Livanlıları birləşməyə və aralarındakı fərqləri bir kənara qoymağa səsləyib. General Livanı 1991-ci ildə, vətəndaş müharibəsi zamanı Suriya qoşunlarını ölkədən çıxarmağa nail olmadıqdan sonra tərk etmişdi. Onun Livana gəlişi Suriya qoşunlarının ölkəni tərk etməsindən 2 həftə sonraya təsadüf edir. Bu həftənin əvvəlində Livan hökuməti onun həbsi haqda məhkəmə qərarını ləğv etmişdi. Maronit Xristianı olan general Aun qarşıdan gələn parlament seçkilərində iştirak edəcəyini istisna etməyib.

XS
SM
MD
LG