Accessibility links

İspaniya  qeyri-qanuni mühacirlərə bəraət verir - 2005-05-07


Minlərlə sənədsiz mühacir bu gün İspaniya hökumətnin imzaladığı bəraət aktından faydalanmaq üçün Mühacirət idarəsinin qarşısında növbəyə düzülmüşlər. Rəsmilərin dediyinə görə 800 min qeyri-leqal mühacir bu bəraəti almaq hüququna malikdir. Bu ölçüyə əsasən ölkədə 6 ay yaşanayan şəxslərə işləmək və İspaniyada yaşamaq ixtiyarı verilir. Applikantlar bu bəraəti almaq üçün iş yerindən sənəd və gəldikdləri ölkədə heç bir cinayət törətmədikləri haqda sənəd təqdim etməlidirlər. Assoşieyted Press agentliyinin verdiyi xəbərə görə indən belə qeyri-leqal mühacirləri işə götürən adamları iri cərimələr, mühacirlərin özlərini isə deportasiya gözləyir.

XS
SM
MD
LG