Accessibility links

ABŞ hərbi qüvvələri üsyançılara qarşı əməliyyatları  davam etdirir - 2005-05-10


Birləşmiş Ştatların hərbi qüvvələrinin qərbi İraqda başladığı genişmiqsyaslı hərbi əməliyyatlar 3 gündür davam edir. Əməliyyatda iştirak edən dəniz piyadaları, əsgərlər və dənizçilərin məqsədi bu ərazilərdə yuva salmış qiyamçıları darmadağın etməkdir. Amerika hərbi rəsmilərinin verdiyi məlumata görə, dəniz piyadaları bu gün Fərat çayının şimal sahilinə keçərək, Suriya sərhəddi yaxınlığındakı səhrada qiyamçıları və xarici döyüşçüləri təqib edirlər. Bu arada, Əl Ənbər vilayətinin qubernatorunun qohumları xəbər verirlər ki, qubernator doyüşlərə son qoyulması tələbilə girov götürülüb. İraq rəsmilərinin bildirdiyinə görə, Bağdadda qiyamçıların həyata keçirdiyi iki terror hücumu nəticəsində 7 adam ölmüş, 19 nəfər yaralanmışdır.

XS
SM
MD
LG