Accessibility links

Həmid Karzai Əfqanıstan üçün uzun müddətə yardım istəyib - 2005-05-10


Əfqanıstan prezidenti Həmid Karzai Avropa İttifaqını və Birləşmiş Ştatları müharibə nəticəsində dağılmış ölkəsinə uzun müddət üçün yardım göstərməyə səsləyib. Cənab Karzai bu çağırışı Avropa Parlamenti qarşısında çıxışı zamanı etmişdir. Onun dediyinə görə, Avropa ilə əməkdaşlıq sayəsində əfqan xalqının rifahı yaxşılaşıb. Cənab Karzai söyləyib ki, onun ölkəsinin dəstəyə və yardıma böyük ehtiyacı var. Belə ki, hələ uzun müddət Əfqanıstan hökuməti öz xərclərini ödəməkdən ötrü kifayət qədər vergi yığımına malik olmayacaq. Əfqanıstan prezidenti əlavə edib ki, Birləşmiş Ştatlar və BMT onun ölkəsi ilə əməkdaşlığını davam etdirməlidir. Səfər zamanı cənab Karzainin Brüsseldə keçiriləcək NATO konfransında iştirakı gözlənilir.

XS
SM
MD
LG