Accessibility links

Kondoliza Rays İraqdadır - 2005-05-15


Birləşmiş Ştatların Dövlət Katibi xanım Kondoliza Rays gözlənilmədən İraqa səfər edib. Onun səfəri Matador əməliyyatının bitməsi haqda verilən xəbərlərin ərəfəsinə təsadüf edir. Xanım Kondoliza Rays təhlükəsizliyin gücləndirildiyi şəraitdə İraqın şimalına gedərək və orada kürdlərin lideri Məsud Barzani ilə görüşüb. Bundan sonra, o, İraqın liderləri və Amerikanın komandirlərilə görüşmək üçün Bağdada gedib. İraq rəsmiləri deyirlər ki, Bağdadda edam edilən 13 və Latifiyanın yaxınlığından isə 11-nəfərin cəsədini tapıblar. Baquba şəhərində isə bomba partlayışı nəticəsində 4 nəfər həlak olub və 20 nəfər yaralanıb. Amerikanın rəsmiləri deyirlər ki, bir həftə əvvəl tank və vertolyutların müşayiətilə quru qüvvələrinin İraqın qərbində Suriya sərhədi yaxınlığında əcnəbi və onları dəstəkləyən yaraqlılara qarşı başladığı Matador əməliyyatı dünən axşam başa çatdırılıb. Əməliyyatda 9 Amerika əsgəri həlak olub. 125 yaraqlı isə öldürülüb. Amerikan hərbi qüvvələri dünən Fərat çayının sahilindəki yaraqlıların istehkamı olduğuna inanılan bir kəndi mühasirə etmişlər. Şahidlər deyirlər ki, Amerika əsgərləri kəndin ətrafında mövqe tutduğu vaxt kəndin sakinləri qapıları bağlayıb evlərində oturmuşlar.

XS
SM
MD
LG