Accessibility links

Şimali və Cənubi Koreyalar danışıqlara başladılar - 2005-05-16


On aydan sonra bu gün Şimali və Cənubi Koreyalar yüksək səviyyəli danışıqları bərpa ediblər. Seul bu görüş zamanı Pxenyanı nüvə proqramı ilə bağlı müzakirələrə qayıtmasına çağırmışdı. Cənubi Koreya bildirib ki, Şimali Koreya nüvə proqramını dayandırmaq barədə danışıqlara qayıtdığı təqdirdə ona mühüm bir təklif edəcək. Danışıqların bugünkü mərhələsindən sonra Cənubi Koreya rəsmiləri bildirmişlər ki, şimallı həmkarları Seulun nüvə proqramı məsələsi ilə əaqədar irəli sürdüyü təklifləri dinləmiş, lakin təkliflərə heç bir münasibət bildirməmişlər. İki Koreyanın Birləşmə Naziri Çanq Donq-yonq iki günlük görüşlərin bu problemin sülh şəraitində həllinə ümidvar olduğunu deyir. Qeyd edək ki, görüş Şimali Koreyanın nüvə proqramı ilə əlaqədar gərginliyin artdığı bir vaxta təsadüf edir. Belə ki, keçən həftə Pxenyan istifadədə olmuş yanacaq rodlarının əsas nüvə kompleksinə göndərildiyini elan etmişdi. Bununla Şimali Koreya nüvə silahlarının istehsalı üçün yararlı olan daha artıq plutoniuma malik olur. Amerika rəsmiləri Pxenyanın nüvə silahlarının sınağına hazır olduğunu deyirlər. Bu gün Birləşmiş Ştatların Təhlükəsizlik Məsələləri üzrə müşaviri Stefan Hadley nüvə sınaqları həyata keçirildiyi təqdirdə Vaşinqtonun lazımi ölçülərə əl atacağı barədə xəbərdarlıq edmişdir. Vaşinqton bu məsələnin BMT Təhlükəsizlik Şürasında qaldırıla biləcəyini də istisna etmir. Bu gün Vaşinqtonun Cənubi Koreyanın xarici işlər naziri Ban Kİ - muunla görüşən Şimali Koreyanın nüvə proqramı üzrə müzakirəçisi, Dövlət Katibinin yardımçısı Kristofer Hill də danışıqların davam etdirilməsinin vacibliyini vurğulamışdı. İki ildir Birləşmiş Ştatlar, Çin, Cənubi Koreya, Yaponiya və Rusiyanın təşəbbüsü ilə keçirilən danışıqlar nəticəsində cüzi irəliləyiş əldə edilmişdir. Altıtərəfli danışıqlar keçən ildən bəri dayandırılmışdı.

XS
SM
MD
LG