Taleban rejiminin xarici işlər naziri Vəkil Əhməd Mütəvəkkil sentyabr ayı parlament seçkilərinə namizədliyini irəli sürüb. Seçki komissiyasının bildirdiyinə görə, cənab Mütəvəkkil bir zamanlar Talebanın istehkamı olan Qəndəhardan namizəd kimi çıxış edəcək. 2001-cü ildə Birləşmiş Ştatların hərbi qüvvələrinə təslim olan cənab Mütəvəkkil devrilmiş rejimin ən mötədil nümayəndələrindən hesab edilirdi. 18 ay nəzarət altında olduqdan sonra o, 2003-cü ildə azadlığa buraxılmışdı.