Accessibility links

Nobel mükafatı laureatları konfrans keçirirlər - 2005-05-18


20-dən çox Nobel mükafatı laureatları və görkəmli dünya xadimləri İordaniyanın Petra şəhərində konfrans keçirirlər. Konfransın əsas mövzuları yoxsulluq, epidemiya, ətraf mühit, sülh və terrorçuluq məsələləridir. Laureatların sırasına Dalay Lama, İsrailin vitse-prezidenti Şimon Peres və nigeriyalı müəllif Vole Soyinka daxildir. Konfransa həmçinin sabiq prezident Bill Klinton, aktyor Riçard Gir və başqa görkəmli sənət və elm ustaları qatılmışlar. İki günlük konfransa İordaniya krali Abdulla və Bəşərəyyət Uğrunda Fondun rəhbəri, ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülmüş Eli Vizel sponsorluq edir.

XS
SM
MD
LG