Accessibility links

Əfqan hökuməti ABŞ hərbiçilərinin əməliyyatlarının onun nəzarəti altında olmasını istəyir - 2005-05-21


Əfqanıstan prezidenti Həmid Karzai Birləşmiş Ştatların Əfqanıstan həbsxanasında dustaqlara qarşı təhqirlər barədə mətbuatda verilən xəbərdən sonra ABŞ hərbiçilərinin Əfqanıstandakı əməliyyatlarının onun hökumətinin nəzarəti altında olmasını istəyir. Cənab Karzai bu gün mətbuat konfransında bidirib ki, o, Birləşmiş Ştatlar hərbi qüvvələrinin Əfqan həbsxasnasında iki nəfərin olümü də daxil edilməklə dustaqlara qarşı olan zorakılıqlar barədə Nyu York Taymsın dərc etdiyi gizli sənədləri oxuduqdan sonra şok vəziyyətində olub. Əfqan prezidenti əlavə edib ki, o, bazar ertəsi Vaşınqtona edəcəyi səfəri zamanı prezident Buşla görüşündə bu məsələ haqda danışacaq. Cümə günü dərc edilən həmin məqalədə yaxşı təlim almış gənc əsgərlərin dustaqlara qarşı zorakılıqlarından danışılır. Amerika rəsmiləri dustaqlara qarşı zorakılıq problemlərini təndiq edirlər.

XS
SM
MD
LG