Accessibility links

Yüzlərlə adam müxalifət liderinin həbsdən azad edilməsini tələb edir - 2005-05-21


Bu gün Özbəkistanda yüzlərlə insan küçələrə çıxaraq müaxlifət liderinin həbsdən buraxılmasını tələb ediblər. Özünü İslam müxalifətinin rəhbəri kimi tanıtdıran Bəxtiyar Rəhimov ötən həftə Qırğızıstanla sərhəddə yerləşən Karasuv qəsəbəsində həbs edilib. Qeyd edək ki, onun tərəfdarları bir neçə günlüyə şəhəri nəzarət altında saxlamışdılar. Bu arada Avropa Birliyi və BMT-nin başçılığı altında qərb diplomatları Özbək prezidenti İslam Kərimova keçən həftə baş verənlər üzərində müstəqil təhqiqat aparılmasına icazə verilməsi ilə bağlı təzyiqləri gücləndiriblər. ATƏT bu gün Özbəkistan rəsmilərinin təhqiqatı rədd etməsindən dərin narahatçılığını izhar edib. Şahidlərin, insan hüquq təşkilatlarının və özbək müxalifətçiləriin bildiridiyinə görə ötən həftə Əndicanda nümayişçilərə hücum zamanı hökumət qüvvələri minə yaxın adam öldürmüşlər. Rəsmi Daşkənd isə bu rəqəmin 169 olduğunu deyir.

XS
SM
MD
LG