Accessibility links

ABŞ Səddam Hüseynin həbsxanada çəkilmiş şəkilləri üzərində təhqiqata başlayıb - 2005-05-21


Birləşmiş Ştatlar rəsmiləri keçmiş İraq lideri Səddam Hüseynin həbsxanada ikən alt paltarında çəkilmiş şəkilləri üzərində təhqiqata başlandığını xəbər verirlər. Bu gün Britaniya tabloydu Sun Səddam Hüseynin və eləcə də Kimyəvi Əli adı ilə tanınan Əli Həsən əl Məcidin və Missis Qara Yara kimi tanınan Hudə Salih Mehdi Ammaşın yeni şəkillərini açıqlayıb. Pentaqon bəyan edir ki, bu şəkillər Amerika siyasətinə və Cenevrə konvensiyasına ziddir. Sun qəzeti bu şəkilləri Amerika hərbi mənbəyindən aldığını bildirir. Səddam Hüseynin vəkilləri bunun üstündə Amerika hökumətini məhkəməyə vermək niyyətindədirlər.

XS
SM
MD
LG