Accessibility links

Avroviziyonun qalibi Yunan müğənnisidir - 2005-05-22


Yunan müğənnisi Helena Paparizu dünən Avropada ən məşhur musiqi proqramlarından sayılan Avroviziyonun 50-ci yarışının qalibi olub. Törənin keçirildiyi Kiyev şəhərində Ukrayan prezidenti Viktor Yuşçenko mükafatı xanım Paparizuya təqdim edib. Cənab Yuşçenko bu mükafatın Avropanı birləşdirən mahnıya görə verildiyini deyib. Qeyd edək ki, Viktor Yuşçenko narıncı inqilab nəticəsində hakimiyyətə gəldikdən sonra Qərblə sıx əlaqələr qurmağa başlayıb. Avroviziyon yarışında Maltadan Çiara, Rumıniyadan isə Luiminita Angel 2-ci və 3-cü yerləri bölüşüblər.

XS
SM
MD
LG