Accessibility links

AB Özbəkistanı qərarını nəzərdən keçirməyə çağırır - 2005-05-23


Avropa Birliyi Özbəkistanı Əndicanda təhlükəszlik qüvvələri və nümayişçilər arasındakı qarşıdurma ilə bağlı BMT-nin başçılığı altında müstəqil araşdırmalara yol verilməməsi ilə bağlı qərarını yenidən nəzərdən keçirməyə çağırıb. Avropa Birliyinin xarici işlər naziləri təhlükəszlik qüvvələrinin gücdən hədsiz və qeyri-proporsional şəkildə istifadə etdiyini qınayıb. Şahidlər, insan hüququları qrupları və Özbəkistanın siyasi müxalifəti qarşıdurma zamanı minə yaxın adamın öldürüldüyünü bildirirlər. Lakin rəsmi Daşkənd 32-si əsgər olmaqla, ölənlərin sayının 169 olduğunu deyir.

XS
SM
MD
LG