Accessibility links

Bağdadda 4 adam həlak olub - 2005-05-23


Bağdadın şimal bölgədində yerləşən bir restoran yaxınlığında maşına yerləşdirilmiş bomba partlayışı nəticəsində azı 4 nəfər həlak olub, 100-dən çox adam yaralanıb. Associated Pressin bildirdiyinə görə, partlayış nəticəsində bir neçə maşın alovlanmış və insan cəsədləri küçəyə dağılmışdır. Bu arada İraq polisi təhlükəsizlik qüvvələrinin yüksək rütbəli zabiti Vael Əl-Rubaeinin sürüçüsü ilə birlikdə işə gedərkən naməlum silahlı şəxslərin atəşi nəticəsində həlak olduğunu bildirib. Əməliyyatın məsuliyyətini Əl-Qaida teror şəbəkəsilə əlaqəsi olan qrup üzərinə götürüb. Koalisiya və İraqın hərbi qüvvələri Bağdadın qərbində geniş hərbi əməliyyat həyata keçirirlər. Amerika rəsmiləri deyirlər ki, əməliyyat nəticəsində yaraqlılar olduğundan şübhələnilən 285 adamı nəzarət altına alınıb. Rəsmilər əməliyyatı təhlükəsizlik qüvvələrinin birgə həyata keçirdikləri geniş əməliyyat adlandırıblar.

XS
SM
MD
LG