Bakı-Tiflis-Ceyhan əsas ixraj neft boru kəmərinin açılış mərasiminə gəlmitş ABŞ Dövlət Departamentinin Xəzər regionu üzrə xüsusi nümayəndəsi səfir Stiven Mən bu gün mətbuat konfransı keçirib. Cənab Mən BTC neft kəmərinin açılışı mərasimində iştirak etmək üçün Bakıya gəlişini ikiqat sevinc adlandırıb. “ Mən tarixi nailiyyətlə bağlı prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edirəm. ABŞ energetika naziri də bu gün Bakıya gələcək və ABŞ prezidentinin təbirikini gətirəcək. BTC layihəsi dünya standartlarına tam cavab verir. Bu layihə şərq-qərb enerji koridorunun mərkəzi nöqtələrindən və ABŞ prezidenti Corc Buşun enerji siyasətinin əhəmiyyətli tərkib hissələrindən biridir. Sabahkı açılış Avrasiya enerji layihələrində dönüş nöqtəsi olacaq. ABŞ mütamadi olaraq layihəyə öz güclü dəstəyini göstərib. Qürur hissi ilə bu qələbəni Azərbaycan və BTC konsorsiumuna daxil olan şirkətlərlə bayram edəcəyik”-deyə o qeyd edib. ABŞ-ın Azərbaycandakı səfiri Rino Harnişin fikrincə, ABŞ Azərbaycan münasibətlərinin bir çox komponentləri mövcuddur, ancaq enerji, islahatlar və təhlükəsizlik məsələləri çox mühüm yer tutur. “Dünya bazarına gündə bir milyon barel neftin daxil olması əhəmiyyətli hadisədir. Bu ehtiyatlar o zaman daha səmərəli istifadə oluna bilər ki, Azərbayjan rəhbərliyi islahtalar yolundan əl çəkməsin. İqtisadi və sosial probleilərin öhdəsindən gəlməyin ən yaxşı yolu demokratiyadır. Yoxsuluğun araldan qaldırılması üçün də ən yaxşı mexanizmi iqisadiyyatın açıq olmasıdır. ABŞ-ın Azərbaycan münasibəti bu üç elementin üzərində qurulacaq və bundan sonra da islahatların dlavam etdirilməsində israrlı olacağıq ”-deyə cənab Harniş vurğulayıb. Suallara cavabda Stiven Mən bildirib ki, ABŞ həmişə Rusiya və digər Xəzəryanı ölkələrin ölkələrin neftinin BTC-yə qoşulmsını dəstəkləyir. “Bu layihəni işlədəcək operatorların çıxaracağı bir kommersiya qərarı ola bilər. Burada hökumətlər qərar çıxarmır. Bir neçə il əvvəl Rusiyanın Lukoyl şirkətinin bu lahiyəyə qoşulmaq məsələsi üzə çıxmışdı. Əgər tərəflər bunu dəstəkləyəcəksə, biz də dəstəkləyəcəyik”. Onun sözləriə görə, BTC-nin təhlükəsiziliynə görə kəmərin keçdiyi ölkələrin hökumətləri məsuliyyət daşıyır. “BTC konsorsiumu da təhlükəsizilk məsələrində hökumətlərlə əməkdaşlıq edir. ABŞ-da bu ölkələrin dostu kimi köməyini təklif edib. Bu dəstək tövsiyə və treyninqərdən ibarətdir. Məqsədimiz odur ki, kəmərin təhlükəsizlyində hökumətlər daha səmərəli olsunlar ” –deyə o vurtulayıb. Səfir Stiven Mən Ermənistan-Azərbaycan münaqişəsinin davam etdiyi şəraitdə BTC-nin təhlükəsizliyi ilə bağlı sualın cavabında bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması ABŞ-ın hər zaman istədiyi məsələdir. “Artıq 11 ildir atəşkəs qüvvədədir. Hesab edirik ki, atəşkəsin bundan sonra da davam etməsi çox vacibdir. Şirkətlər BTC layihəsinə 4,5 milyard dollar sərmayə qoyub. Bu göstərir ki, kəmər təhlükəsiz işləycək” -deyə o bildirib. Mətbuat konfransında müxalifətin bu il may ın 21-də keçirdiyi mitinqin zor gücünə dağıdılması ilə bağlı suala da cavab verilib. ABŞ səfiri Rino Harniş bildirib ki, ABŞ vətəndaşların toplaşma azadlığı hüququnu qətiyyətlə dəstəkləyir. "Hökumətin mitinqin keçirilməsinə icazə verməməsindən təəssüflənirik. Biz Azərbaycan hakimiyyətini vətəndaşların toplaşma azadlığı hüququnun təmin olunması üçün şərait yaratmağa çağırırıq". ABŞ-ın Azərbaycanda hərbi bazalar yerləşdirməsi ilə bağlı suala səfir Rino Harniş cavab verib. O mətbuatda bu barədə dərc olunan məlumatları təkzib edib. Onun sözlərinə görə, yazılanların arxasında hər hansı fakt dayanmır. «KİV-də yazılan məlumatda deyilirdi ki, Kürdəmirdə ABŞ hərbi qüvvəsi yerləşdirilcək. Bu isə tamam cəfəngiyatdır». Stiven Mən isə tərəflərin Şahdəniz qazınını istehlakını dəstəklədiyni bildirb. Onun sözlərinə görə, Gürcüstan hökuməti bu ölkəyə qazın istehlakının artırılmasını istəyir və hazırda Şahdəniz konsorsiumu ilə davnışıqlar aparır.