Accessibility links

Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq haqqında müqavilə imzalanıb  - 2005-05-24


Sabah Azərbaycanda Bakı Tiflis-Ceyhan əsas ixrac neft boru kəmərinin açılışı münasibəti ilə təntənələr keçiriləcək.Təntənələrdə iştirak etmək üçün bu gün Türkiyə, Gürcütsan, Qazaxıstan prezidentləri və ABŞ Energetika nazhii Azərbaycana gəlib. Qazaxıstan prezidenit Nursultan Nazarbayevin səəfəri həmçinin rəsmi xarakter daşıyır. Bu gün iki ölkə prezidenti strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələri haqqında müqavilə imzalayıb və hökumətlər arasında 5 digər sənəd imzalanıb. İmzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Qazaxıstan tərəfdaş ölkələrdir və onların regionda rolu artacaq. «Biz tərəfdaş ölkə və qardaşlarıq. Azərbaycan və Qazaxıstan regionda mühüm rol oynayır və gələcəkdə də oynayacaq. Bu gün iki ölkə arasındakı yüksək səviyyəli siyasi əməkdaşlığın iqtisadi əlaqələrin inkişafına təkan verəcəyinə inanıram . Bu sahədə böyük potensialımız var »-deyə o qeyd edib. Qazaxıstan prezidenti Nursultan Nazarbayev isə bu gün imzalanmış strateji tərəfdaşlıq haqqında sənədin böyük önəmini qeyd edib. "Biz siyasi məsələləri həll edirik və Qazaxıstan Azərbaycanla bütün məsələlər üzrə əməkdaşlıq üçün açıqdır. Düşünürük ki, Qazaxıstan Orta Asiyada Azərbaycan üçün, Azərbaycan isə Qafqazda Qazaxıstan üçün mühüm ölkədir»-deyə o vurğulayıb. Energetika sahəsinə toxunan Nazarbayev qeyd edib ki, hər iki tərəf regionda neftin dünya bazarına əsas ixracçılarıdır. "Bakı-Tbilisi-Ceyhan neft kəmərinə Aktaunun da adını əlavə etmək lazımdır"- deyə Nazarbayev vurğulayı və Qazaxıstanın mütləq bu kəmərlə neft nəql edəcəyinə işarə edib. Cənab Nazarbayevin sözlərinə görə, 2010-cu ilədək Qazaxıstan 100 mln. ton neft hasil edəcək, 2015-ci ilədək isə bu həcm 150 mln. tona çatdırılacaq. « Belə həcmdə neftin ixracı üçün nə BTC, nə də Şimali Xəzər neft kəməri bəs edər. Bu ilin dekabrına kimi Çinə 1000 km-lik neft kəmərinin tikintisi başa çatdırılacaq. Kəmərin gücü ildə 20 mln. tondur. O, Xəzəri qərbi Çinlə birləşdirəcək. Gələcəkdə Fars körfəzinə İran marşrutu da mümkündür. Ancaq hazırda BTC neft nəqli üçün "çox mühüm" marşrut olaraq qalır»-deyə Qazaxıstan prezidenti bildirib.

XS
SM
MD
LG