Accessibility links

Bakı-Tblisi-Ceyhan neft kəmərinin Azərbaycan hissəsinin açılışı oldu  - 2005-05-25


Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan hissəsinin işə salınması ilə bağlı təntənəli mərasim keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Əhməd Necdət Sezər, Gürcüstan Prezidenti Mixail Saakaşvili, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, ABŞ-ın energetika naziri Samuel Bodman, Bi-Pi şirkətinin prezidenti Con Braun, Böyük Britaniyanın, Fransanın, Ukraynanın, Yaponiyanın, Norveçin və digər ölkələrin yüksək vəzifəli şəxsləri iştirak edib. Uzunluğu 1770 km, olan neft kəmərinin dəyəri 3 mlrd. dollardan bir qədər çoxdur. Bu gün kəmərin 450 kilometrlik Azərbaycan hissəsinə neft vurulmasına başlanıb. Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalınadək uzanan kəmərin doldurulması üçün 10 milyon barrel xam neft tələb olunur. Boru kəmərinin neftlə tam doldurulması 6 aya başa gələcək və Ceyhanda ilk tankerə neftin yüklənməsi 2005-ci ilin dördüncü rübündə olacaq. Azərbaycan prezidenti İlham Əliyev Bakı-Tbilisi-Ceyhan netf kəmərinin istifadəyə verildiyi günü "tarixi gün" adlandırıb. Onun sözlərinə görə, Azərbaycan neft sektorundan istifadə edərək çoxşaxəli iqtisadi inkişafa nail olub və yoxusuluğun səviyyəsi sürətlə aşağı endirib. Dövlət başçısı kəmərin reallaşmasında ABŞ dəstəyini xüsusi vurğulayıb. Cənab Əliyev bölgədə təhlükəsizlik sisiteminin möhkəmlənməsinə ciddi ehtiyac olduğunu da diqqətə çatdırıb. Onun fiknimcə, Bakı-Tbilsi-Ceyhan kəməri bölgədə təhlükəsizliyin təmin olunmaında mühüm rol oynayacaq. Tükriyə prezidenti Əhməd Nejdet Sezer BTC kəmərini Xəzərin enerji resurslarının dünya bazarına çıxarılması üçün ən yaxşı yol adlandırıb. Onun fikrincə, 2030-cu ildək dünyada enerjiyə ehtyacların 60 faiz artacağını nəzərə aldıqda Bakı-Tbilsi-Ceyhan boru xəttinin böyük strateji və təhlükəsizlik anlamanı duymaq olar. Türkiyə prezidentinin fikrincə, Qazaxıstanın bu layihəyə qoşulması kəmərin önəmini bir qədər də artırır. «Avropanın enerji ehtiyatlarının 2030-cu ildən başlayaraq azalacağı üzrə proqnozların müqabilində BTC və 2006-cı ildə işə salınması planlaşdırılan "Şahdəniz" qazını dünya bazarına çıxaracaq qaz kəməri bütün dünya dövlətləri üçün olduqca cəlbedicidir. Əminəm ki, bu layihə ilə Şərqlə Qərbi birləşdirəcək 21-ci əsrin İpək Yolu yenidən yaşamaq haqqı qazanacaq"-deyə cənab Sezər vurğulayıb. Gürcüstan prezidenit Mixail Saakaşvili BTC layihəsinin reallaşmasını Azərbaycanın və onun müttəfiqlərinin geosiyasi qələbəsi kimi dəyərləndirib. «BTC layihəsinin reallaşmasında Azərbaycan, Gürcüstan və Türkiyə xalqlarının böyük rolu olub. Gürcüstanın nəqlyiyat dəhlizində və başqa regional layihələrin reallaşmasında iştirakı regionda qüvvələrin siyasi bölgüsünü ciddi dəyişdirir. Bakı-Tbilisi-Ərzrum qaz kəməri və Qars-Axalkalaki dəmir yolunun işə salınması ilə vəziyyət daha çox dəyişəcək və bu dəyişiklik region ölkələrinin müstəqilliyini möhkəmləndirəcək»-deyə o qeyd edib. Qazaxıstan prezidenti Nursultan Nazarbayev BTC-nin işə salınması ilə Qazaxıstanın ixrac imkanlarının xeyli artacaqını deyib. O Qazaxıstan neftinin daşınmasında Azərbaycanı etibarlı tərəfdaş adlandırıb. «Hazırda Qazaxçıtan Aktauda neftin Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınması üçün böyük liman tikib və çənlər quraşdırır. BTC Xəzər regionundan enerji resurslarının çoxvektorlu ixracını təmin edən mühüm elementlərdən biridir. Qazaxıstan bu proseslərin əsas iştirakçısıdır və nefti BTC, həmçinin Çin, Rusiya və İran da daxil olmaqla başqa istiqamətlərlə də nəql edəcək. Əminəm ki, Xəzərin nəhəng energetika ehtiyatları hövzə ölkələri və xalqlarına uğur gətirəcək»-deyə o qeyd edib.

ABŞ Energetika naziri Samuel Bodmanın fikrincə, BTC kəməri dünya enerji siyasətində böyük rol oynayacaq və dünya energetikasına mühüm təsir göstərəcək.O, neft kəmərinin layihələşdirilməsində və tikintisində Amerika şirkətlərinin fəal iştirakından razı qaldığını bildirib. Cənab Bodman ABŞ prezidenti Corc Buşun təbrik məktubunu da oxuyub. «BTC Azərbaycan, Gürcüstan və Türkiyənin qlobal iqtisadiyyata inteqrasiyasını dərinləşdirir. Biz bu enerji kooridorunda Qazaxıstanla yaranmaqda olan partnyorluğu salamlayır və ümid edirk ki, Xəzər bölgəsinin digər yerlərində də neft hasil edən şirkətlər BTC-dən qlobal bazarlara çıxış üçün istifadə edəcək »-deyə cənab Buş bildirib. ABŞ prezident hesab edir ki, Azərbaycan demokratik və bazar iqtisadiyyatı islahatlarını dərinləşdirdikcə, bu kəmər tarazlı iqtisadi artım əldə etməyə və azadlıq işini irəliyə aparan firəvan və ədalətli bir cəmiyyətin əsasını təmin etməyə kömək edə bilər. Şahzadə Endryu bildirib ki, BTC son 25 ildə dünyada reallaşdırılan ən böyük layihədir. «Kəmərin tikintisində dünyada ən yeni texnologiyalardan istifadə olunub. Bu kəmər regiona təhlükəsizlik və iqtisadi yüksəliş gətirəcək» deyə o qeyd edib. Böyük Britaniya baş naziri Toni Bleyer isə dünya əhəmiyyətli layihənin operatorunun "BP" şirkətinin olmasından böyük qürur duyub. "Mən fəxr edirəm ki, bizim təşəbbüsümüzlə Azərbaycan dünyanın neft hasil edən ölkələri sırasında hasilatda şəffaflıq yaradılmasına rəsmən imza atan ilk dövlətdir. Əminəm ki, neft vəsaitlərinin xərclənməsi sahəsində də eyni şəffaflığın yaradılmasına nail olacaqsınız»-deyə baş nazirin təbirikində deyilir. Cənab Bleyer Britaniyanın Azərbaycanın Avropa ailəsinə daha da yaxınlaşmasına dəstək verməyə hazır olduğunu bəyan edib. «Ümid edirik ki, bu payızda gözlənilən parlament seçkilərini uğurla keçirəcək, bu sahədə ATƏT və AŞ ekspertlərinin məsləhətlərindən uğurla yararlanacaqsınız"-deyə o qeyd edib. BP şirkətinin rəhbəri lord Con Braun Azərbaycan mütəxəssislərinin və BP-nin Azərbaycandakı tərəfdaşlarının iştirakı olmadan belə qlobal layihələrin və vəzifələrin yerinəyetirilməsi mümkün olmayacağını deyib. O Azərbaycanı dünyada nefti sənaye üsulu ilə çıxaran ilk kapitan ölkə adlandırıb. «15 il öncə çoxları belə layihənin həyata keçirilməsinin mümkünlüyünə inanmırdı və onu əsassız hesab edirdi. Bu gün BTC 21 əsrin ən böyük infrastrukturlarından və on illərlə fəaliyyət göstərəcək dünya enerji arteriyasının əsas elementlərindən biridir. BP şirkəti regiona böyük investisiya axınına yardımçı olmasından məmnundur»-deyə o vurğulayıb. BP-Azerbaiyan şirkətinin rəhbəri Devid Vudvord hazırda regionda neft hasilatı və nəqli layihələrinə qoyulan ümumi investisiyanın həcminin 14 mlrd dollar təşkil etdiyini deyib.

XS
SM
MD
LG