Accessibility links

ABŞ-ın dəstəyilə Azərbaycanda yeddi məktəb binası tikilib  - 2005-05-27


ABŞ-ın maliyyə dəstəyilə Bakının Binəqədi rayonunun 28 may qəsəbəsində tikilmiş 750 şagirdin təhsil alacağı yeni məktəbin açılışı olub. Açılış mərasimində ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş, baş nazirin müavini Əli Həsənov, təhsil naziri Misir Mərdanov və digər rəsmi şəxslər iştirak edib. ABŞ-ın Azərbaycandakı səfiri bildirib ki, Amerika səfirliyi bundan sonra da məktəb binalarının tikintisini davam etdirəcək. «Bu məktəbin inşası Azərbaycan və Amerika xalqının əlaqəlirinin nəticəsidir. Məktəb binası ABŞ maliyyə dəstəyilə tikilən yeddinci məktədir. Hesab edirik ki, Azərbaycanın gələcəyi üçün təhsil çox vacibdir»-deyə o qeyd edib. Təhsil naziri Misir Mərdanov isə bildirib ki, ABŞ səfirliyi Azərbaycanda təhsilin inkişafına yaxından kömək edir. Nazir həmçinin Azərbaycan hökumətinin də son iki ildə 150 yeni məktəb binası tikdiyini deyib. Cənab Mərdanovun sözlərinə görə, bütün bunlara baxmayaraq ölkədə hələ də 500 məktəb, məktəb üçün yararlı olmayan binalarda yerləşir. Açılış mərasimindən sonra ABŞ səfiri Rino Harniş jurnalistlərin suallarına da cavab verib. Səfir iqtidar və müxalifət partiyaları arasında danışıqların davam etməsinə tərəfdar olduğunu bildirib. "Ümid edirik ki, iqtidarı və müxalifəti təmsil edən partiyaların rəhbərləri yenidən görüşəcək. Amerika xalqı hesab edir ki, siyasi partiyalar və tərəflər arasında dialoqun olması çox yaxşı haldır. Artıq Yeni Azərbaycan və digər partiyalar arasında belə bir görüş keçirilib. Seçkilər dövründə narahatlıq doğuran məsələlərin aradan qaldırılması üçün belə görüşlərin keçirilməsi yaxşı bir mexanizmi ola bilər». Cənab Harniş ABŞ-ın Azərbaycanda bu ilin noyabrında olacaq parlament seçkilərinin azad və ədalətli keçirilməsi üçün əlindən gələni edəcəyini bəyan edib. "Biz həm siyasi partiyalar, həm də hökumət rəsmiləri üçün treyninqlərin keçirilməsini təklif edəcəyik. Eyni zamanda exit-roll-un keçirilməsi üçün köməyimizi göstərəcəyik. Sözsüz ki, həm hökumət, həm də müxalifət partiyaları ilə davamlı görüşlərimiz keçiriləcək"-deyə o qeyd edib Səfir Ameriakının səsi radisounun sualının cavabında Amerika şirkətlərinin parlament seçkiləri zamanı Azərbaycanda exit-roll keçirəcəyini də bildirib. "Exit-roll keçirilməsində ABŞ-ın yaxşı təcrübəsi var. Sözsüz ki, biz elə bir şirkət seçəcəyik ki, yüksək keyfiyyətə və təcrübəyə malik olsun. O cümlədənexit-roll-un daha geniş keçirilməsilə bağlı imkanları olsun"-deyə o qeyd edib. Cənab Harniş jurnalistlərə qarşı Naxçıvanda baş verən təzyiqləri pisləyib. Yeri gəlmişkəne bildirək ki, son günlər bir sıra KİV müxbirləri bu bölcədə yerli hakimiyyət orqanlarının təziyqlərinə məruz qalıb. "ANS teleradio şirkətinin müxbirinə qarşı Naxçıvandakı münasibət çox təəssüf doğuran hadisədir. ABŞ çox möhkəm şəkildə söz azadlığını və mətbuatı dəstəkləyir."Çünki söz və mətbuat azadlığı olmadan demokratiyanını yaşaması çox çətindir. Hesab edirəm ki, Naxçıvan rəsmiləri həqiqətən bu məsələ üzərində fikirləşəməlidir. ANS televiziyası təzyiqlərə məruz qalanda prezident İlham Əliyev şəxsən məsələyə münasibət bildirib. O bununla sözə azadlığını və mətbuatı dəstəklədiyini nümayiş etdirib"-deyə Rino Harniş qeyd edib.

XS
SM
MD
LG