Accessibility links

Azərbaycanda 28 may – Respublika günüdür - 2005-05-28


Azərbaycanda 28 may Respublika günü bayramı qeyd olunur. 87 il öncə 1918-ci il mayın 28-də müsəlman dünyasında ilk orlaraq Azərbaycanda demokratik respublika Xalq Cümhuriyəti elan edilib. Müstəqillik Bəyannaməsi Milli Şuranın ilk toplantısında Tiflisdə qəbul edilib. Milli Şuraya Məmməd Əmin Rəsulzadə rəhbərlik edib. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoylu seçilib. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb.Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyilə - Bakı rusiyapərəst qüvvələrdən alınandan sonra milli hökumət Gəncədən Bakıya köçüb. AXC-nin ömrü 23 ay sürüb. 1920-ci il aprelin 28-də işğalçı sovet qoşunları Azərbaycanı işğal edib. Yalnız 1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edib və ölkənin müsətqiliyii yenidən bərpa olunub. Respublika günü hökumət və ictimaiyyət tərəfindnə sevilə-sevilə bayram edilir. Dünən prezident İlham Əliyev bayram münasibətilə ölkənin ən əzəmətli sarayı olan Gülüstan sarayında rəsmi qəbul verib. Dövlət başçısının bayram münasibətilə xalqa təbrikində deyilir ki, Azərbaycan Xalq Cümhuriyyəti bütün şərqdə ilk respublika idi. «Avropa demokratik dəyərlərini şərq mədəniyyətinin özəllikləri və milli-mənəvi dəyərlərilə üzvi surətdə birləşdirən Demokratik Respublika yeni dövlət və cəmiyyət quruculuğu modelinə döndü. Xalq Cümhuriyyətində milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqları təmin edildi, müsəlman dünyasında ilk dəfə olaraq qadınların seçki hüququ tanındı»-deyə prezident qeyd edib. Dövlət başçısı Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olan müasir Azərbaycan dövlətinin sələfinin dövlətçilik ideya və ənənələrini davam etdirəcəyini, Azərbaycanın müstəqilliyini qoruyacağını və tərəqqiyə nail olacağını bəyan edib. Müxalyfiətdə olan siyasi partiyalar isə bu gün cümhuriyytin banilərindən biri Məmməd Əmin Rəsulzadənini anadan olduğu Bakının Novxanı qəsəbəsindəki abidəsi önündə bayram mitinqi keçirib. Mərasimdə Türkiyədən olan qonaqlar, eyni ilə də Rəsulzadə nəslinin nümayəndələri iştirak edib. Mitinqdə müxalifət partiyalarının rəhbərləri xalq cümhuriyyətinin demokratik ənənələrinin bərpası üçün bu il keçiriləcək parlament seçkilərinin demokratik və şəffaf keçirilməsinə nail olmaqla yaşadacaqlarını önə çəkib. Məmməd Əmin Rəsulzadə irsinin araşdırıcısı, tarixçi Nəsiman Yaqub Xalq Cümhuriyyətinin ənənələrini müxalif qüvvələrin bərpa edəcəyinə inanır. Məçmməd Əmin Rəsulzadənin mühacirətdlə olarkən yaratdığı və hazırda da Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin təmsilçisi xanım Nəsirə Hilal Azərbaycan Respublikasında Xalq Cümhuriyyətinə rəsmi münasibətin onu razı salmadığını önə çəkib. O ölkədə Məmməd Əmin Rəsulzadə adına meydan və küçələrin olmamasından təəssüflənir. AXCP sədri Əli Kərimli Xalq Cümhuriyyəti dövründə demokratik ənənələrə sadiq hökumətin, çoxlu sayda partiyanın təmsil olunduğu parlamentin qurulduğunu, Qarabağ üzərində Azərbaycanın suverenliyinin bərpa olunduğunu və ümumi ərazisi 116 min kvadrat kilometr təşkil edən ölkənəin oluduğunu diqqətə çatldırıb. Ancaq indi Müsavat partiyasının başqanı İsa Qəmbər isə bu ili ölkədə demokratiyanın qələbəsində həlledici il adlandırıb. Onun sözlərinə görə, bu il keçiriləcək parlament seçkilərində müxalifəçt qüvvələri qələbə qazanmaq əzmindəir. Mərasim Azərbaycan demokratik hərəkatının lideri Əbülfəz Elçibəyin məzarının ziyarəti ilə başa çatıb.

XS
SM
MD
LG