Accessibility links

İndoneziyada bomba partlayışları nəticəsində ölənlər var - 2005-05-28


Artıq çoxdan bəri xristian və müsəlmanlar arasında zorakılıqların davam etdiyi İndoneziyanın Sulavesi adasında iki bomba partlayışı nəticəsində 19 nəfərin qətlə yetirilidiyi bildirilir. Bomba partlayışları Sulavesi adasının xristianaların yaşadığı Tentena qəsəbəsinin ticarət mərkəzində, insanların çoxluq təşkil etdiyi yerdə baş vermişdir. Ümümiyyətlə, İndoneziya dünyada müsəlmanların çoxluq təşkil etdiyi ölkədir. Lakin Sulavesidə müsəlmanların və xristianların sayı təqribən eynidir. Artıq min nəfərdən çox insanın ölümü ilə nəticələnən müsəlmanlar və xristianlar arasındakı zorakılıqlar hələ 2000-ci ilin əvvəllərində başlamışdır. Xristianlar və müsəlmanlar arasında imzalanan sülh barədə razılaşmadan sonra döyüşlərin əsasən dayandırılmasına baxmayaraq, ayrı-ayrı qrşıdurma halları baş verirdi. Sulavesidə baş verən bu bomba hücumlarının Əl Oaida ilə əlqaqəsi olan qrup tərəfindən həyata keçirildiyinin deyildiyinı baxmayaraq, Sinqapurdakı terrorizm üzrə qərərgahın baş mütəxəssisi Rohan Qunaratna bu partlayışların terrorizmlə əlaqəsi olmadığını deyir. Artıq üç ildir ki, yerli terrorist qrup olan Cimah İslamiyyə tərəfindən həyata keçirilən bomba hücumları nəticəsində çoxu xarıcı olmaqla 200 nəfərdən çox adam qətlə yetirilmişdir. Cənab Qunaratna deyir ki, Cimah İslamiyyə qrupunun hədəfi əsasən Birləşmiş Ştatlar və ya Birləşmiş Ştatlarla əlaqəsi olanlardır.

XS
SM
MD
LG